Daxili işlər orqanlarında test imtahanı

 Daxili işlər orqanlarında test imtahanı
  02 Mart 2014    Oxunub:1249
Daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanı keçirilib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün martın 2-də test imtahanı keçirib.

İmtahan saat 10-da başlanmış və üç saat davam edib

Sənədlərin qəbulu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparılmışdır. Müsabiqədə iştirak etmək üçün 159 nəfərin namizədliyi qeydə alınıb.
Onlardan 35-i hüquq istiqaməti, 124-ü isə pedaqogika istiqaməti üzrə sənəd verib.

İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunub. Hər düzgün cavab 1 balla qiymətləndirilir.
Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılacaqlar.




Teqlər:  





Xəbər lenti