Azərbaycan-Rus arxeoloqları Mingəçevirdə birləşdi

Azərbaycan-Rus arxeoloqları Mingəçevirdə birləşdi
  02 Mart 2014    Oxunub:1401
Azərbaycan və Rusiya arxeoloqları Mingəçevirdə birgə elmi tədqiqatlar aparıblar.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiyavə Etnoqrafiya İnstitutunun Gəncə-Qazax ekspedisiyası Mingəçevir su anbarı yaxınlığında arxeoloji tədqiqat işləri aparıb.

Akademiyadan bildirdiklərinə görə Azad Zeynalovun rəhbərliyi ilə aparılan tədqiqatlarda rusiyalı mütəxəssislər də iştirak ediblər.

Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun paleolit şöbəsinin iclasında A.Zeynalovun və bu elm müəssisəsinin elmi katibi, arxeoloq Sergey Kulakovun “Azərbaycanda yeni aşel abidəsi” mövzusunda məruzələri dinləniləyib. Məruzəçilər 2013-ci ildə Azərbaycanın qərbində, Mingəçevir su anbarı

yaxınlığında aşel dövrünə aid yeni Qaraca abidəsinin aşkar edilməsi haqqında məlumat veriblər. Qeyd olununub ki, aşkarlanıb əl çapacaqları, nukleuslar, qaşovlar və digər nümunələr Cənubi Qafqazın arxantrop əhalisinin yaşam tərzinin, mədəniyyətinin, ətraf mühitlə əlaqəsinin kompleks şəkildə tədqiqinə imkan verir.

İclasda paleolit şöbəsi tərəfindən Qaraca abidəsində arxeoloji tədqiqatların yüksək metodik səviyyədə aparılması haqqında qətnamə qəbul edilib.


Teqlər:





Xəbər lenti