128 giqabayt tutumlu ilk yaddaş kartı buraxılıb

128 giqabayt tutumlu ilk yaddaş kartı buraxılıb
  26 Fevral 2014    Oxunub:1172
Barselonada keçirilən “MWC 2014” sərgisində "SanDisk” şirkəti dünyanın ilk 128 giqabayt tutumlu “microSDXC” formatlı yaddaş kartını nümayiş etdirib. Artıq satışa çıxarılan kartın tutumu 16 saatlıq “Full HD” (1080р) formatlı videonu yazmağa kifayət edir.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, “MicroSD” ilə müqayisədə qiyməti 200 dollar təşkil edən “microSDXC” formatlı yaddaş kartlarında məlumatların yazılma sürəti iki dəfə yüksəkdir. Əvvəllər bazarda ən tutumlu kart 64 giqabayt tutumlu modellər olub.

“SanDisk” şirkəti kiçik korpusa iritutumlu məlumatları yerləşdirmək üçün böyük iş görüb. Kartın daxilində bir-birinin üstündə on altı nazik yaddaş bloku yer alıb.

ABŞ-da kartı "Best Buy” və ya “Amazon” internet mağazalarından əldə etmək mümkündür. Ekspertlər bir neçə ay ərzində kartın qiymətinin 200 dollardan aşağı düşəcəyini proqnozlaşdırırlar.


Teqlər:





Xəbər lenti