Şokoladın insan üçün zərəri

Şokoladın insan üçün zərəri
  01 Yanvar 2021    Oxunub:8135
“Şokoladların hamısı orqanizm üçün faydalı xüsusiyyətlərə malik deyil və bəziləri sağlamlıq üçün təhlükəli ola bilər”.
Azvision.az xəbər verir ki, bunu “Veçernyaya Moskva”ya diyetoloq Elena Solomatinaya deyib. Onun sözlərinə görə, şokolad insan bədənindəki metabolik prosesləri tənzimləyir, çox miqdarda antioksidan ehtiva edir və immunitet sisteminin qorunmasına kömək edir.

“Bütün hallarda şokolad həzz hormonları olan dopamin, endorfin və serotonin istehsal edərək bizə yaxşı əhval-ruhiyyə bəxş edir”.

Diyeteloq bildirib ki, şirniyyat allergiyaya səbəb olur, buna görə də xüsusilə şokolad yeddi yaşınadək uşaqlara verilməməlidir:

“Eyni zamanda çox miqdarda şokolad qaraciyəri yükləyir. Trans yağından hazırlanan şirniyyatı almaqdan imtina etməlisiniz. Bu yağ bədən tərəfindən zəif mənimsənilir. Bu cür tərkibli şokolad damar xəstəliklərinin, aterosklerozun və qan laxtalanmalarının meydana gəlməsinə səbəb ola bilər. Nəticədə bədəndə xolesterol artacaq və oynaqlarda duz yığılacaq”.


Azvision.az



Teqlər: Şokolad  





Xəbər lenti