“Ermənistan əməliyyatların coğrafiyasını genişləndirməyə çalışır”

“Ermənistan əməliyyatların coğrafiyasını genişləndirməyə çalışır”
  06 Noyabr 2020    Oxunub:1785
Ermənistan coğrafi cəhətdən döyüş əməliyyatları teatrından uzaq olan Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən ərazilərinə hücum etməkdə davam edir.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsinə yazıb.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan bu cür təxribatlarla hərbi əməliyyatların coğrafiyasını genişləndirməyə çalışır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti