Erməni mətbuatı ordudakı itkilərə görə Paşinyanı ittiham edir

 Erməni mətbuatı ordudakı itkilərə görə Paşinyanı ittiham edir
  06 Noyabr 2020    Oxunub:3576
Dağlıq Qarabağda davam edən müharibə onu göstərdi ki, insan həyatı Ermənistan hökuməti üçün heç bir əhəmiyyət daşımır.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Qeyd olunub ki, hakimiyyətin ətaləti, xarici siyasi korpusun səmərəsizliyi insan ölümlərinə səbəb olur.

“Müharibə onu göstərdi ki, insan həyatı Ermənistan hökuməti üçün heç bir əhəmiyyət daşımır. Onlar üçün yalnız ambisiyalar, naməlum qüvvələr qarşısındakı öhdəliklər, dumanlı siyasi hesablaşmalar mövcuddur və bunun bədəlini erməni xalqı çox ağır ödəyir. İndiki hökumət bilməlidir ki, bu gün, sabah, bir həftə sonra, bir ay sonra qisas vaxtı çatacaq. Ermənistan hakimiyyəti bunun cavabını verməlidir”, - deyə məqalədə vurğulanıb.

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti