Tramp səslərin sayılmasını dayandırmağı tələb etdi

 Tramp səslərin sayılmasını dayandırmağı tələb etdi
  05 Noyabr 2020    Oxunub:2440
ABŞ Prezidenti Donald Tramp səslərin sayılmasını dayandırmağı tələb edib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın hazırkı rəhbəri “Twitter” hesabında yazıb.

“Səsləri saymağı dayandırın. Seçki günündən sonra verilən heç bir səs sayılmayacaq!”, - deyə Tramp bildirib.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da sayca 59-cu prezident seçkiləri keçirilib. İlkin nəticələrə görə, demokratların namizədi Co Bayden Trampı üstələyir.

Azvision.az



Teqlər: ABŞ   Tramp  





Xəbər lenti