Jurnalistlərin Xankəndidən çıxa bilməməsi ilə bağlı iddialara rəsmi cavab

Jurnalistlərin Xankəndidən çıxa bilməməsi ilə bağlı iddialara  rəsmi cavab
  05 Noyabr 2020    Oxunub:3862
“Sərhədsiz reportyorlar” təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndidən təhlükəsiz çıxa bilməməsinə dair açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır. Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirmişdi.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib.

Prezidentin köməkçisi deyib ki, ümumiyyətlə, Xankəndidən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək Ermənistanın Vardenis rayonuna doğru gedir. Digər yol isə Laçın dəhlizi vasitəsi ilədir. Bu günə olan məlumata görə, hər iki yol Ermənistan silahlı qüvvələrinin nəzarətindədir.

Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti