İran XİN Gəncəyə hücumu pislədi

 İran XİN Gəncəyə hücumu pislədi
  12 Oktyabr 2020    Oxunub:2893
İran İslam Respublikası Azərbaycanın şəhərlərinə, yaşayış massivlərinə raket hücumlarını və dinc insanların qətlə yetirilməsini pisləyir.

Azvision.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib. O, həlak olanların ailələrinə başsağlığı verib.
S.Xətibzadə İranın Azərbaycan və Ermənistan arasında elan olunan humanitar atəşkəsin pozulmasından təəssüfünü ifadə edib:

“Biz tərəfləri atəşkəsə əməl etməyə, beynəlxalq hüquq çərçivəsində danışıqları davam etdirməyə çağırırıq. Ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmalı və işğal olunmuş ərazilər boşaldılmalıdır”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   XİN   Gəncə  





Xəbər lenti