Ukraynada bir gündə 127 uşaq virusa yoluxub

Ukraynada bir gündə 127 uşaq virusa yoluxub
  24 Avqust 2020    Oxunub:2479
Ukraynada son sutka ərzində 1799 nəfər COVID-19 virusuna yoluxub. Onlardan 127-si uşaq, 86-sı tibb işçisidir.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə ümumi yoluxma sayı 106 757 nəfərə çatıb. İndiyədək 52 524 xəstə sağalıb, 2293 nəfər ölüb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ukrayna   virus  





Xəbər lenti