Ceyhun Bayramov Gürcüstana başsağlığı verdi

 Ceyhun Bayramov Gürcüstana başsağlığı verdi
  24 Avqust 2020    Oxunub:2757
Gürcüstanın Duşeti bələdiyyəsindəki Şatil şossesində baş verən faciəli yol qəzası haqqında xəbərindən çox kədərlədik.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “Twitter”də yazıb.

"Qəzada həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Dost Gürcüstan xalqına dəstəyimiz və həmrəyliyimizi ifadə edirik”.

Xatırladaq ki, hadisə Biso kəndi yaxınlığında baş verib, nəticədə mikroavtobus təxminən 80 metr yüksəklikdən qayalı yamaca düşüb.

İlkin məlumatlara görə, mikroavtobusda 12 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti