Meksikada virusdan ölənlərin sayı 60 mini keçdi

Meksikada virusdan ölənlərin sayı 60 mini keçdi
  24 Avqust 2020    Oxunub:2359
Meksikada son sutka ərzində 226 nəfər koronavirusun qurbanı olub. Bununla ölkədə virusdan ölənlərin sayı 60 480 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxma sayı 3 948 nəfər artaraq 560 164 -ə yüksəlib. İndiyə kimi 383 872 nəfər infeksiyadan sağalıb.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Meksika  





Xəbər lenti