Ermənistanda komanda-qərargah təlimləri keçirilir

Ermənistanda komanda-qərargah təlimləri keçirilir
  24 Avqust 2020    Oxunub:1633
Ermənistanın cənub-şərqində yerləşən birləşmələrin və hərbi hissələrin iştirakı ilə komanda-qərargah təlimləri başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz "Facebook" səhifəsində yazıb.

“Təlimlərin məqsədi qoşunların döyüş hazırlığını yoxlamaq, əməliyyatların hazırlanması və həyata keçirilməsində komanda və nəzarət orqanlarının bacarıqlarının artırılması, mümkün təcavüzün operativ-taktiki epizodlarını hazırlamaqdır", - deyə Stepanyan qeyd edib.

O, təlimlərin planlı bir xarakter daşıdığını vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Təlim  





Xəbər lenti