Erməni politoloqdan etiraf: “Biz müttəfiqimizi itirdik”

  Erməni politoloqdan etiraf:  “Biz müttəfiqimizi itirdik”
  20 İyul 2020    Oxunub:3794
İki ildə Ermənistan-Rusiya münasibətlərinin zəifləməsi üçün hər şey edildi və hazırda münasibətlər birinci şəxslər səviyyəsində praktik olaraq dondurulub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatına müsahibəsində politoloq Andranik Tevanyan deyib.

O bildirib ki, Ermənistan-Azərbaycan sərhədindəki hadisələr zamanı baş nazir Nikol Paşinyanın strateji tərəfdaşımız olan Rusiyanın lideri ilə telefon danışığı olmayıb. Bu da Rusiya ilə münasibətlərin aşağı səviyyədə olduğunu göstərir.

“Paşinyanın gördüyü və danışdığı yeganə səlahiyyətli şəxs Baş Nazir Mixail Mişustin oldu ki, bu da Minskdə keçirilən tədbir çərçivəsində idi. Bu, kədərlidir, çünki müttəfiqimizi itirdik. Bizim yalnız Rusiyanın bu bölgədə maraqlarının olduğuna və buna görə də Türkiyənin Ermənistana təzyiqinə imkan verməyəcəyinə güvənməyimiz isə çox təhlükəli yanaşmadır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti