Almaniyada bir gündə 202 yoluxma aşkarlandı

Almaniyada bir gündə 202 yoluxma aşkarlandı
  19 İyul 2020    Oxunub:3683
Almaniyada son sutka ərzində daha 202 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan və COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu məlumat yayıb.

Ötən gün virusa yoluxmuş 1 nəfər vəfat edib. Pandemiya qurbanlarının ümumi sayı 9084-ə çatıb.

Qeyd edilib ki, Almaniyada koronavirusa yoluxanların sayı 201 574 nəfərdir. İndiyədək 187 400 xəstə sağalıb.

Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti