Almaniyada COVID-19-a yoluxma sayı 258 nəfər artdı

Almaniyada COVID-19-a yoluxma sayı 258 nəfər artdı
  12 İyun 2020    Oxunub:2460
Almaniyada yeni növ koronavirusa yoluxanların sayı bir gündə 258 nəfər artıb, 8 xəstə ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb. Bildirilir ki, bir gün əvvəl 555 yeni yoluxma və 26 ölüm hadisəsi baş verib.

Almaniyada aşkar edilmiş ümumi yoluxma hallarının sayı 185 674, ölənlərin sayı isə 8763 nəfərdir.

Virusa ən çox yoluxma Bavariya (47 574), Şimali Reyn-Vestfaliya (39 060) və Baden-Vürttemberg (35 057) bölgələrində qeydə alınıb. Berlində yoluxanların sayı 7165 nəfərə çatınb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: obertKoxİnstitutu  





Xəbər lenti