İranda daha 78 nəfər COVID-19-un qurbanı oldu

İranda daha 78 nəfər COVID-19-un qurbanı oldu
  11 İyun 2020    Oxunub:3093
İranda son sutka ərzində daha 78 nəfər koronavirusdan vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 8584-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 2238 nəfər koronavirusa yoluxub. İndiyə kimi COVID-19 infeksiyası 180 156 nəfərdə aşkarlanıb. Xəstəlikdən sağalanların sayı isə 142 663 nəfər təşkil edir.

Hazırda 2728 xəstənin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   İran  





Xəbər lenti