Tonoyan koronavirus testindən keçib

Tonoyan koronavirus testindən keçib
  11 İyun 2020    Oxunub:3429
Ermənistanın müdafiə naziri David Tonoyan koronavirus testindən keçib.
Azvision.az xəbər verir ki, bu barədə nazirin mətbuat katibi Şuşan Stepanyan bildirib.

Onun sözlərinə görə, Tonoyan vaxtaşırı COVID-19 üçün testdən keçir. Sonuncu dəfə 10 iyunda müayinə aparılıb. Nazirin nəticəsi mənfidir.

Xatırladaq ki, bu günə olan məlumata əsasən, Ermənistanda koronavirusa yoluxanların sayı 14 669-a çatıb, 245 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti