Rusiyada COVID-19-a yoluxanların sayı yarım milyonu keçdi

Rusiyada COVID-19-a yoluxanların sayı yarım milyonu keçdi
  11 İyun 2020    Oxunub:2376
Rusiyada son sutka ərzində daha 8779 nəfər koronavirusa yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə aşkar edilmiş ümumi yoluxma hallarının sayı 502 436-ya çatıb.

Son sutkada virusdan 174 nəfər ölüb. Bununla pandemiya qurbanlarının sayı 6532-yə yüksəlib. İndiyədək koronavirusa yoluxan 261 150 nəfər (son 24 saatda 8367) sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti