Hindistanda karantin müddəti artırıldı

Hindistanda karantin müddəti artırıldı
  14 Aprel 2020    Oxunub:2548
Hindistanda son sutkada koronavirusa yoluxanların sayı 1200 nəfər olub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi bildirib.

Məlumatda qeyd edilib ki, ölkədə ümumilikdə koronavirus xəstələrinin sayı 10 363 nəfərdir. Hindistanda COVID-19 infeksiyasından 1035 nəfər sağalıb, 339 nəfər isə pandemiyanın qubanı olub.

Hindistanın Baş naziri Narendra Modi xüsusi karantin rejiminin mayın 3-dək uzadılması barədə əhaliyə videomüraciət edib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti