Türkiyədə 17 məhkum koronavirusa yoluxub, 3-ü ölüb

Türkiyədə 17 məhkum koronavirusa yoluxub, 3-ü ölüb
  13 Aprel 2020    Oxunub:2037
Türkiyənin 5 həbsxanasında 17 məhkum koronavirusa yoluxub.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Ədliyyə naziri Əbdülhəmid Gül bildirib.

Onun sözlərinə görə, virusa yoluxan məhkumlardan biri reanimasiyada müalicə alır, indiyə qədər 3 dustaq dünyasını dəyişib.

Nazir ədliyyə təşkilatlarında da koronavirusa yoluxan şəxslərin olduğunu qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Məhkum  





Xəbər lenti