Azərbaycan futboluna qarşı böyük haqsızlıq - VİDEOİCMAL

Azərbaycan futboluna qarşı böyük haqsızlıq -    VİDEOİCMAL
  14 Oktyabr 2019    Oxunub:5153
Oktyabrın 13-də futbol üzrə Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda səfərdə Macarıstan yığması ilə qarşılaşıb.
Azvision.az xəbər verir ki, Budapeştin “Qrupama Arena” stadionunda əzmkar oyun nümayiş etdirən Azərbaycan millisi hollandiyalı hakimin kobud səhvi nəticəsində rəqib komandaya minimal (0:1) hesabla uduzub.

Belə ki, matçın 10-cu dəqiqəsində Mixail Korkut dəqiq zərbə ilə hesabı açıb. Görüşün son dəqiqələrində Bəhlul Mustafazadə cavab qolunu vursa da, hakim qolu qeydə almayıb. Oyundan sonra səhvini etiraf edən referi Azərbaycandan üzr istəyib.

Matçın videoicmalını təqdim edirik:



Azvision.az



Teqlər: Milli   Macarıstan   Oyun   Futbol  





Xəbər lenti