Gələn il “Formula 1” yarışları iyunda keçiriləcək

Gələn il “Formula 1” yarışları iyunda keçiriləcək
  26 İyul 2019    Oxunub:3497
Azərbaycanda keçiriləcək növbəti "Formula 1" yarışlarının vaxtı açıqlanıb.
Azvision.az -ın məlumatına görə, Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib ki, Qran-Pri gələn il iyun ayının 7-də keçiriləcək. Nazirin sözlərinə görə, "Formula 1"in yeni təqvimi hələlik təsdiqlənməyib.

Qeyd edək ki, bu il “Formula 1” üzrə Azərbaycan Qran-Prisi 26-28 aprel tarixlərində baş tutub.

Azvision.az



Teqlər: Formula-1   Qran-Pri  





Xəbər lenti