“Bakı 2015”də iştirak edən boksçu zərbədən öldü - VİDEO

 “Bakı 2015”də iştirak edən boksçu zərbədən öldü -    VİDEO
  24 İyul 2019    Oxunub:8742
Rusiyalı boksçu Maksim Dadaşov dünyasını dəyişib.

Azvision.az xəbər verir ki, idmançı ABŞ-da Sabriel Matias ilə keçirilən döyüşdə başından ağır zərbə alıb. Bu səbəbdən döyüşü yarımçıq dayandıran boksçu xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub.



Azvision.az



Teqlər: Boks   Döyüş   Zərbə  





Xəbər lenti