Cüdoçularımızın rəqibləri məlum oldu

Cüdoçularımızın rəqibləri məlum oldu
  24 İyul 2019    Oxunub:1757
Bakıda Yeniyetmələrin Avropa Olimpiya Festivalı çərçivəsində keçiriləcək cüdo yarışlarının püşkü atılıb.
Azvision.az xəbər verir ki, püşkatma mərasimində Avropa və Azərbaycan Cüdo Federasiyalarının rəsmiləri, yeniyetmələrdən ibarət milli komandaların məşqçiləri, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər. Püşk nəticəsində milli komandamızın 4 qız və 8 oğlan idmançısının ilk rəqibləri müəyyənləşib.

Qızlar
44 kq
1/8 final. Gülşən Bəşirova - Mariya Qonzales (İspaniya)
52 kq
1/8 final. Səbinə Əliyeva - Raquel Brito (Portuqaliya)
57 kq
1/16 final. Aytac Qardaşxanlı - Erika Vauhkonen (Finlandiya)
70 kq
1/8 final. Nərmin Əmirli - Yael Van Hemst (Hollandiya)

Oğlanlar
50 kq
1/8 final. İsmayıl Qənbərli - Sergey Mastriukov (Rusiya)
55 kq
1/16 final. Şükran Zamanlı - Migel Gaqo (Portuqaliya)
60 kq
1/16 final. Turan Bayramov - Kote Kapanadze (Gürcüstan)/ Adam Safer (Avstriya) cütünün qalibi
66 kq
1/8 final. Mətin Rzazadə - Pijus Mikalauskas (Litva) / Elguja Şinçaraşvili (Gürcüstan)
73 kq
1/8 final. Vüqar Talıbov - Cianis Yauseyenka (Belorus) / Mustafa Həbib (Bosniya)
81 kq
1/16 final. Məhərrəm İmamverdiyev - Vlad Topala (Rumıniya)
90 kq
1/16 final. Ruslan Nəsirli - Borislav Vladov (Bolqarıstan)
+90 kq
1/8 final. Hüseyn Məmmədov - Daniel Udsilauri (Almaniya)

Proqrama əsasən iyulun 24-də qadınlar 40kq, 44 kq və 48 kq, oğlanlar 50, 55 kq və 60 kq, iyulun 25-də qızlar 52, 57 və 63 kq, oğlanlar 66 və 73 kq, iyulun 26-da qızlar 70kq və 70kq-dan yuxarı, oğlanlar 81 kq, 90 kq və 90 kq-dan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. İyulun 27-də isə qarışıq komanda yarışları keçiriləcək.

Qeyd edək ki, Olimpiya Festivalına 40 ölkədən 297 cüdoçu qatılacaq. Onlardan 165-i oğlan, 132-i qadındır. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq cüdo yarışlarına saat 10:30-da start veriləcək.

Azvision.az


Teqlər: Cüdo   Yarış   EYOF  





Xəbər lenti