Dörd güləşçimiz EYOF-un yarımfinalında

Dörd güləşçimiz EYOF-un yarımfinalında
  23 İyul 2019    Oxunub:1602
Dörd güləşçimiz inamlı qələbə ilə EYOF-un yarımfinalına yüksəliblər.
Azvision.az xəbər verir ki, Kənan Heybətov debütdə Ukrayna təmsilçisini tam üstünlüklə məğlub edib. Daha sonra Finlandiya idmançısına heç bir şans tanımayan Kənan yarımfinala yüksəlib.

Cəbrayıl Hacıyev ilk görüşdə gürcü güləşçi üzərində inamlı qələbə qazanıb. Türkiyə pəhləvanını 1 dəqiqə ərzində diz çökdürən Hacıyev 1/4 finala yüksəlib. Bu mərhələdə Yunanıstan təmsilçisi də yığmamızın üzvü qarşısında aciz qalıb.
Elmir Əliyev ilk hissədə Norveç təmsilçisini sıradan çıxarıb. Daha sonra çətinliklə də olsa, Rumıniya idmançısından güclü olub.

Xasay Həsənli ilk mərhələdə Yunanıstan idmançısını məğlub etməkdə çətinlik çəkməyib. Finlandiya və İsveçrədən olan rəqiblərinə də aman verməyən Xasay adını yarımfinala yazdırıb.

Birgül Soltanova startda Rusiya güləşçisinə uduzub. Elnurə Məmmədova gərgin keçən qarşılaşmada macar rəqibindən üstün olub.

Nigar Mirzəzadə yarışa alman rəqibini yenməklə başlayıb. Ancaq 1/4 finalda türkiyəli idmançıya müqavimət göstərə bilməyib.

Azvision.az


Teqlər: EYOF   Güləş  





Xəbər lenti