Ağsuda ağır qəza: 6 nəfər yaralandı

Ağsuda ağır qəza: 6 nəfər yaralandı
  30 Noyabr 2013    Oxunub:1386
6 nəfər yol qəzasında yaralandı.
AzVision.az El TV istinadən xəbər verir ki, Ağsuda iki avtomobilin toqquşması 6 nəfərin xəsarət alması ilə nəticələnib. Hadisə bu gün səhər saat 11 radələrində Ağsu-Bico yolunun 4-cü kilometrliyində qeydə alınıb. Ağsu sakini 1960-cı il təvəllüdlü Zakir Kərimovun idarə etdiyi “QAZ 3110” markalı minik avtomobili qarşı tərəfdən gələn Vasif Heybətova məxsus “VAZ 2107” ilə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü, eləcə də sərnişinlər-1998-ci il təvəllüdlü Elgün Heybətov, 1983-cü il təvəllüdlü Hətəmxan Kərimov, 1929-cu il təvəllüdlü Almaz Kərimova və 1963-cü il təvəllüdlü Gülnarə Kərimova xəsarət alıb. Onlar Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti