ŞOK:Belçikada uşaq evtanaziyası leqallaşdırılır- VİDEO
Sənəd bir neçə aydır ki, müzakirə edilir. Layihəyə görə, uşaqlar öz valideynlərinin razılığı ilə evtanaziya xahişi edə bilərlər. Həmçinin, valideynlər özləri də bu xahişdə buluna bilərlər, əgər uşaq özündə deyilsə.
Lakin evtanaziya yalnız o halda mümkündür ki, uşaq sağalmaz xəstəlikdən əziyyət çəkir və daim heç cür yüngülləşdirilə bilməyən “fiziki və ruhi əzablar” içindədir. Bundan əlavə, psixoloqun da rəyi gərəkdir.
Analoji qanun artıq Hollandiyada qüvvədədir. Özü də çoxdan -1998-cü ildən. O vaxtdan cəmi 8 uşaq evtanaziya xahişi edib və xahiş “şirin iynə” vasitəsilə yerinə yetirilib. Bununla belə, Belçikadakı böyük dinlərin nümayəndələri tərtib elədikləri ümumi məktubda qanunvericiləri tələsik addım atmamağa çağırıblar.
Keçirilən sorğulara görə, əhalinin 75 faizi evtanaziyanı tətbiqini müdafiə edir.