İranla sərhəd qalmaqalına dekabrda son qoyulacaq

İranla sərhəd qalmaqalına dekabrda son qoyulacaq
  27 Noyabr 2013    Oxunub:1251
İran və Azərbaycan sərhədçilərinin müştərək komissiyasının növbəti iclası dekabr ayında keçiriləcək.
Bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Pakayin bildirib ki, iclasda Culfa sərhəd-keçid məntəqəsində yeni körpünün istifadə edilməsi məsələsi müzakirə olunacaq.

Səfir həmçinin qeyd edib ki, Culfa sərhədində köhnə körpünün 30 tondan artıq yüklərin aparılması üçün yararsız olması həm İran, həm də Azərbaycan mütəxəssisləri tərəfindən təsdiqlənib.


Teqlər:





Xəbər lenti