Sumqayıtda daha bir yanğın

  25 Noyabr 2013    Oxunub : 553
Sumqayıtda daha bir yanğın
Sumqayıtda daha bir yanğın hadisəsi baş verib.
Sumqayıt şəhərində yanğın olub. AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 4000 kv.m olan 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) yataqxana binasının 1-ci mərtəbəsində 3 otaqdan ibarət inventarlar saxlanılan anbarın yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar 100 kv.m sahədə yanıb.

Yanğın zamanı 3-cü mərtəbədə müvəqqəti məskunlaşmış 15 nəfər məcburi köçkün yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Teqlər: