İdmançımız dünya çempionatının finalına yüksəldi

İdmançımız dünya çempionatının finalına yüksəldi
  19 May 2019    Oxunub:2014
Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvü Milad Beigi Hərçəqani Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatının finalına yüksəlib.
Dünya çempionatının dördüncü günündə 80 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində taekvondoçumuz Milad Beigi Hərçəqani kubalı, fransalı və moldovalı idmançıları məğlub edərək yarışın yarımfinal mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi Koreya təmsilçisi olub. Taekvondoçumuz yarımfinalda Koreya idmançısına da qalib gələrək finala adlayıb və yığmamız üçün ən azı gümüş medalı təmin edib.

Mayın 15-də start verilən çempionata bu gün yekun vurulacaq.

Azvision.az


Teqlər:





Xəbər lenti