Boksçu klubumuz qalib gəldi - FOTO

Boksçu klubumuz qalib gəldi - FOTO
  24 Noyabr 2013    Oxunub:1395
Azərbaycanın “Baku Fires” boks komandası Meksikanın “Mexiko Gerreros” klubuna qalib gəldi.
Azərbaycanın “Baku Fires” boks komandası Ümumdünya Boks Seriyası (WSB) Liqasında bu mövsümdə keçirdiyi ilk ev görüşünü qələbə ilə başa vurub.

AzərTAc xəbər verir ki, Quba Olimpiya Kompleksində keçirilən qarşılaşmada komandamız Meksikanın “Mexiko Gerreros” klubuna 5-0 hesabı ilə qalib gəlib.

“Baku Fires” – “Mexiko Gerreros” qarşılaşmasında 52 kq çəki dərəcəsində Məhəmməd Əbdülhəmidov Xantoni Ortiz Markanonu, 60 kq-da Albert Səlimov Fernando Alvaresi, 69 kq-da Məhəmməd Nuriddinov Karl Heldi, 81 kq-da Ramazan Məhəmmədov Boburbek Yuldaşevi, 91 kq-dan yuxarı çəki dərəcəsində isə Arslanbek Mahmudov Renat Rəhimovu məğlub edib.

“Baku Fires” boks komandasının növbəti rəqibi Kuba boksçuları olacaqdır. Kubalı boksçularla qarşılaşma 2014-cü ilin yanvar ayının 11-də Qubada keçiriləcək.


Teqlər:





Xəbər lenti