Essyen “Çelsi” fanatlarını Bakıya çağırdı

Essyen “Çelsi” fanatlarını Bakıya çağırdı
  16 May 2019    Oxunub:3029
Qanalı məşhur futbolçu, hazırda Bakının “Səbail” klubunun şərəfini qoruyan Maykl Essyen "Çelsi" azarkeşlərinə müraciət edib.

Azvision.az xəbər verir ki, futbolçu ingilis fanatları Avroliqanın Bakıda keçiriləcək final oyununa dəvət edib.
“Mən 3 aydır ki, burada (Bakıda-red) yaşayıram və ətrafım çox gözəldir. Bakılılar mehribandırlar. Bu şəhəri çox sevirəm. Mən bütün “Çelsi” fanatlarını Bakıya dəvət edirəm”, - Maykl Essyen "İnstagram" hesabında bildirib.

Qeyd edək ki, peşəkar karyerasına “Bastiya”da başlayan Qana millisinin sabiq üzvü “Çelsi”, "Real" və "Milan" kimi klubların formasını geyinib. 37 yaşlı yarımmüdafiəçi “Çelsi”nin heyətində 168 matçda 19 qol vurub.

Azvision.az



Teqlər: Çelsi  





Xəbər lenti