Azərbaycanda iş adamı öldürüldü
Göyşaban kəndinin Etibar adlı sakini 90 RV 863 dövlət nömrə nişanlı, xarici markalı avtomobilində güllələnib. Onun mübahisə zəminində öldürüldüyü ehtimal olunur. Hadisənin kim və kimlər tərəfindən törədildiyi hələlik bilinmir.
Mərhumun qohumları və hüquq-mühafizə orqanlarının əməkdaşları qətl törədilmiş ərazidədirlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Qətlə yetirilən şəxsin iş adamı olduğu bildirilir.