Velosiped sürmək sümükləri əridir

Velosiped sürmək sümükləri əridir
  11 Fevral 2019    Oxunub:6869
Asfalta qarşı müqavimət skeleti, əsasən, bud və bel sümüklərini gücləndirir. İnandırıcı görünməsə də, qaçarkən asfalta qarşı olan müqavimətiniz sümüklərinizin güclənməsinə kömək edir. Bir qrup norveçli fizioterapevt apardıqları araşdırmalardan sonra belə nəticəyə gəliblər ki, müəyyən müddət yer səthinə qarşı müqavimət tələb edən idmanla məşğul olmaq osteoporoza qarşı mübarizədə çox faydalı ola bilər.
Velosipeddə oturaq şəkildə edilən məşqlər isə sümüklərin deqradasiyasına gətirib çıxarır. Bunu dəqiqləşdirmək üçün kişi və qadın daxil olmaqla normal bədən ölçülərinə malik və təxminən 25 yaşlarında olan 21 atlet və 19 velosipedçinin sümük sıxlığı üzərində araşdırma aparılıb.

Velosipedçilər marafonçulardan 2 dəfə çox məşq ediblər. Marafonçular il ərzində 500 saat qaçdıqları halda, velosipedçilər 900 saat pedal çeviriblər. Velosipedçilər yarış qabağı oynaqlarını gücləndirmək üçün əlavə olaraq idman zallarında məşqlər ediblər. Marafonçular isə idman zallarına heç getməyiblər.

Araşdırmanın sonunda idmançıların sümükləri, əsasən də bel və bud sümüklərinin sıxlığı ölçüldükdən sonra 19 velosipedçidən 10-unda kalsium çatışmazlığı aşkar olunub. Onlardan birində hətta osteoporozun əlamətləri müşahidə edilib.

Fərman Məhərrəmli
Azvision.az



Teqlər: Velosiped  





Xəbər lenti