Təhsilə ayrılan vəsait yenidən artırılacaq - Deputat

Təhsilə ayrılan vəsait yenidən artırılacaq - Deputat
  06 Noyabr 2013    Oxunub:1552
Milli Məclisdə büdcə müzakirələri davam edir. AzVision.az xəbər verir ki, iclasda çıxış edən millət vəkili Şəmsəddin Hacıyev bildirib ki, 2014-cü il büdcəsini fərqləndirən əsas cəhət növbəti il üçün verilən proqnozlardır.
“Ölkənin 2020-ci ilədək qarşıya qoyduğu hədəfələrə nail olacağını bu proqnozlarda görmək olar. Dünyada davam edən böhran nəticəsində Azərbaycanda gedən makroiqtoisadi göstəricilər normaldır. Və bu makroiqtisadi göstəricilərin ölkənin potensial iqtisadiyyatının inkişafına və gözlənilən böhranlardan qorunmağa imkan verir. Bununla da 2020-ci il stragetiyasına çatmaq üçün bütün hədəflər burada öz əksini tapıb. Bütün bunlara nail olmağın yolları büdcə paketində öz əksini tapıb. Bu ilki büdcəni əsas fərqləndirən əsas cəhətlərdən biri büdcənin formalaşdırılmasında neft və qeyri-neft sektoru nisbətinin dəyişməsidir”.

Deputat hesab edir ki, yaxın gələcəkdə bu sahədə qeyri-neft sektorunun yükü artırılacaq.

“Aparılan proqnozlara baxsaq, 2017-ci ilin büdcəsinin formalaşmasında neft sektorunun payı 27 faiz olacaq. Bu gün neftin ÜDM-də isə xüsusi çəkisi 41 faiz təşkil edəcək. 2017-ci ildə bu 27 faiz təşkil edəcək. Bu bir daha göstərir ki, qeyri neft sektoru Azərbaycanda artıq oturuşmuş bir sistemdir və bunun nəticəsində büdcə gəlirləri artacaq”.

Ş.Hacıyevin sözlərinə görə, ötən il təhsil xərcləri keçən il 12 faiz olub: “ Təhsil xərcləri gələn ilin büdcəsində 15 faiz artılacaq, mədəniyyət də bu civarda olacaq. Sosial sahələrə ayrılan vəsaitələrin həcmi ÜDM, həm də büdcə xərclərində çəkisi ilbəil artacaq. Təhsildə islahatların və effektivliyin artıılması məqsədilə bir sıra layihələr həıyata keçirilir. Bunun üçün kifayət qədər vəsait ayrılıb. Belə ki, növbəti ilin büdcəsində təhsil üçün 1 milyard 653 milyon manat vəsaitin artılacağı gözlənilir”-deyə, deputat qeyd edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti