Rusiyada azərbaycanlıların mikroavtobusu avtobusla toqquşdu: 4 ölü, 6 yaralı - VİDEO

Rusiyada azərbaycanlıların mikroavtobusu avtobusla toqquşdu: 4 ölü, 6 yaralı - VİDEO
  03 Noyabr 2013    Oxunub:1253

Rusiyanın Stavropol vilayətində “Reno” markalı mikroavtobus qarşı hərəkət zolağına çıxıb və “Mercedes” markalı avtobusla toqquşub. Mikroavtobusun sürücüsünün sükan arxasında yatdığı bildirilir. Mikroavtobusdakıların hamısı Azərbaycan vətəndaşları olublar.

AzVision.az Life News-a istinadən xəbər verir ki, avtobusda yarışa gedən uşaq futbol komandasının 35 üzvü və onların məşqçisi olub. Rusiya FHN-in ,yaydığı məlumatda 4 nəfərin öldüyü bildirilir. Həlak olanlar arasında uşaqların məşqçisi, mikroavtobusun sürücüsü və iki sərnişini var. Daha altı nəfər isə xəsarət alıb.




Teqlər:





Xəbər lenti