"Neftçi" "Xəzər Lənkəran"la oyun öncəsi azarkeşlərinə müraciət edib: AFFA-nın qərarına hörmətlə yanaşmaq lazımdır.
AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müraciətdə "Neftçi" PFK azakeşlərdən AFFA-nın İntizam Komitəsinin qərarına hörmətlə yanaşmağı xahiş edir: "AFFA İntizam Komitəsinin 27.08.2013 tarixli qərarına əsasən, 2013/2014 mövsümündə Premyer Liqa və Azərbaycan kuboku uğrunda "Neftçi" PFK və "Xəzər Lənkəran" klubları arasında keçiriləcək oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulub. "Neftçi" PFK AFFA-nın qərarına hörmətlə yanaşmağa borcludur. Qərara uyğun olaraq, Premyer Liqanın XII turu çərçivəsində keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" oyununun biletləri yalnız meydan sahibi komandanın azarkeşləri üçün satışa çıxarılıb və biletlərin hamısı onlar tərəfindən alınıb".