Bakıda "Mercedes" yandı

Bakıda "Mercedes" yandı
  01 Noyabr 2013    Oxunub:1416
Bakıda bu gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın paytaxtın Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan avtomobil təmiri sexində baş verib. Nəticədə obyektin içərisində təmirə dayanmış vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sex və içərisində olan 5 ədəd avtomobil yanğından mühafizə olunub.

Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti