Polşanın Azərbaycanlı zabitləri
V.Yadigar 1918-1921-ci illərdə Azərbaycan Milli Ordusunda və 1922-ci ildən Polşa Milli Ordusunda zabit rütbəsində xidmət edib. Azərbaycanın görkəmli hərbçisi V.Yadigar Polşanın ağır günlərində göstərdiyi şücaətə görə Polşada polkovnik rütbəsinə layiq görülüb və Hitler Almaniyası Polşanı zəbt edərkən gizli hərbi müqavimət briqadası yaradaraq qəsbkarlara qarşı vuruşub. Bildirilib ki, V.Yadigar 1945-ci ildə İtaliyadan Böyük Britaniyaya və daha sonra 1949-cu ildə Argentinaya mühacirət edib.
V.Yadigar 1971-ci il dekabrın 13-də Buenos-Ayresdə vəfat edib və onun vəsiyyətinə əsasən, cənazəsi 1990-cı ildə Polşaya gətirilərək müsəlman ənənəsi və hərbi protokol qaydaları ilə yenidən dəfn edilib. V.Yadigarın vəsiyyətinə əsasən, onun məzarının üstündə milliyyətcə azərbaycanlı olduğu qeyd olunub.
Azərbaycanlı hərbçi İsrafil bəy Yadigar da Polşa ordusunda xidmət edib. Belə ki, İ.Yadigar Polşa ordusunun 29-cu piyada diviziyasında mayor rütbəsi, daha sonra isə 11-ci süvari polkunda podpolkovnik rütbəsi ilə xidmət göstərib.
Görkəmli hərbçilərin göstərdikləri şücaətlərdən danışılıb, onların Azərbaycanın adını ucaldan insanlar olduqları bildirilib. Qeyd edilib ki, 21 iyun 2013-cü ildə V.Yadigarın 1939-cu ildə tədris və ixtisasartırma bölməsinin direktoru vəzifəsində fəaliyyət göstərdiyi Qrudzyonts şəhərində yerləşən Ali Suvari Məktəbində xatirə lövhəsinin açılışı olub.
Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin quruculuğunda böyük xidmətləri keçmiş Krıçinskilərin də xatirəsi yad edilib. Bildirilib ki, 1918-1920-ci illərdə Olqierd Krıçinski Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirinin müavini, Leon Krıçinski isə xarici işlər nazirinin müavini vəzifələrində çalışıblar. Krıçinski qardaşlarına Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında verdikləri töhfəyə görə 26 may 2013-cü ildə Qdansk şəhərində xatirə lövhəsinin açılışı olub.
Teqlər: