Salavat çevirdiyi üçün avtobusdan qovuldu

Salavat çevirdiyi üçün avtobusdan qovuldu
  31 Oktyabr 2013    Oxunub:1308
AzVision.az xəbər verir ki, ABŞ-da avtobusa minən uşaq avtobus kartını axtararkən salavat çevirdiyi üçün avtobusdan qovulub.
Məktəbə getmək üçün avtobusa minən müsəlman uşaq avtobus kartını axtararkən itirdiyini düşünüb və tez salavat çevirib. Ərəbcə dua edən uşağı eşidən avtobus sürücüsü onun terrorçu olduğunu düşünüb və qovub. Avtobusdakı sərnişinlərin gözü önündə təhqir edilən uşaq evə qayıdıb və başına gələnləri valideynlərinə danışıb.

“The post” qəzetinə müsahibə verən ailənin vəkili “Ailə bu hadisəyə görə çox pis olub. O, kiçik bir uşaq ola bilər, amma irqçiliyin nə demək olduğunu bilir” deyib. Avtobus şirkətinin rəhbərliyi baş vermiş hadisədən sonra ailə ilə görüşüb və şəkillərlə sürücünün kimliyini müəyyənləşdirməyə çalışıb. Lakin ailə sürücünün kim olduğunu açıqlamayıb. Onlar sürücünü məhkəməyə verəcəklər.

Xatırladaq ki, İslam dinində bir şey itərsə salavat çevirməklə tapmaq haqda hədis mövcuddur.


Teqlər:





Xəbər lenti