Ələt-Astara yolunda zəncirvari qəza: 1 ölü, 2 yaralı - FOTO

Ələt-Astara yolunda zəncirvari qəza: 1 ölü, 2 yaralı - FOTO
  31 Oktyabr 2013    Oxunub:1586
Ələt-Astara magistral yolunun 146-cı km-nin Cəlilabad rayonundan keçən hissəsində qəza baş verib.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Rusiya Fedarsiyası vətəndaşı Şamil Mahardov sükanı arxasında olduğu “Volvo” markalı qoşqulu yük avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Cəlilabad rayon Maşlıq Kənd sakini Bədəlov Himayət Ayət oğlunun idarə etdiyi VAZ-2107 marklı minik avtomobili ilə toqquşub. Daha sonra Bakı istiqamətində hərəkət edən Masallı sakini Əliağa Həsənovun idarə etdiyi BMW marklı avtomobil arxa tərəfdən yük avtomobilinə çırpılıb.



Zəncirvari qəza zamanı VAZ 2107-nin sürücüsü Hikmət Bədəlov və sərnişinlər - Rizvan Nəsirov və Tapdıq Rəhimov ağır halda Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq sürücü Hikmət Bədəlovun həyatını xilas etmək mükün olmayıb. Digər 2 yaralının durumu isə orta ağır olaraq qalır.

Hadisənin VAZ 2107 markalı avtomobilin ötmə əməliyyatını düzgün etməməsi səbəbindən baş veridiyi bildirilir. Faktla bağlı BDYPİ istintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb araşdırma aparılır.



Teqlər:  





Xəbər lenti