Bir gündə 40 nəfər həbs edilib

Bir gündə 40 nəfər həbs edilib
  31 Oktyabr 2013    Oxunub:1041
Bir gündə cinayət törətdiyinə görə 40 nəfər tutulub.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, oktyabrın 29-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 75 cinayət faktından 43-nün üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 8 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 40 nəfər tutulub.


Teqlər:





Xəbər lenti