Hindistan əhalisinə görə Çini keçəcək - VİDEO

Hindistan əhalisinə görə Çini keçəcək - VİDEO
  31 Oktyabr 2013    Oxunub:1153
BMT-nin Əhali Fondu məruzə yaydı.
AzVision.az xəbər verir ki, BMT-nin Əhali Fondunun (UNFPA) çərşənbə günü dərc olunmuş məruzəsində belə bir proqnoz verilir: 2015-ci ilədək Oman və Qətər əhalisinin illik artımı bu göstərici üzrə onların təkcə İran körfəzi ölkələri arasında deyil, həmçinin bütün dünyada ön mövqelərini qoruyub saxlamağa imkan verəcək.

Ekspertlərin hesablamalarına görə, qarşıdakı iki ildə Oman və Qətər əhalisinin sayı müvafiq surətdə 7,9 və 5,9 faiz artacaqdır. Ərəbistan yarımadasının bütün ölkələrində, bir qayda olaraq əhalinin güclü artımı – Səudiyyə Ərəbistanında 1,8 və Yəməndə 2,3 faiz olacaqdır. BƏƏ-də 2,5 və Küveytdə 3,6 faizədək artımının müşahidə ediləcəyi gözlənilir. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə 350 milyon nəfər əhalisi olan bütün ərəb ölkələri üçün bu göstərici 1 faiz səviyyəsində proqnozlaşdırılıb.

İran körfəzi ölkələrindən fərqli olaraq Şərqi Avropa dövlətləri “demoqrafik qışın” nəticələrini hiss etməkdədirlər. Əhalinin sayının azalması üzrə ən yüksək göstəricinin Moldova və Bolqarıstanda (0,8 faiz), Ukraynada (0,6 faiz), Serbiya, Belarus və Litvada (0,5 faiz) qeydə alınacağı gözlənilir.

BMT-nin ekspertləri hesablamışlar ki, 2013-cü ilə olan vəziyyətə görə, Rusiya əhalisinin sayı 142,8 milyon nəfərdir, 2015-ci ilədək əhalinin hər il 0,2 faiz azalacağı gözlənilir, orta nəsilartırma qabiliyyəti əmsalı 1,5-dir. Gözlənilən orta ömür müddəti kişilər üçün 62, qadınlar üçün 74 yaşdır.

Əhalisinin sayına görə rekordçu ölkələr arasında ənənəvi olaraq Çin Xalq Respublikası (ÇXR) və Hindistan fərqlənirlər – müvafiq olaraq 1,385 və 1,252 milyard nəfər. Özü də Hindistanda əhalinin artım səviyyəsi ÇXR-dəkindən iki dəfə yüksəkdir və 1,2 faiz təşkil edir. Orta ömür müddətinin Yaponiyada daha çox olacağı gözlənilir: kişilər arasında 80 və qadınlar arasında 87 yaş habelə Avstraliya və İsveçrədə - kişilər arasında 80 və qadınlar arasında 85 yaş. Ən aşağı orta ömür müddətinin Syerra-Leonedə müşahidə ediləcəyi gözlənilir: kişilər arasında 45, qadınlar arasında 46 yaş.




Teqlər:  





Xəbər lenti