Azərbaycanlılar Moskvada qəzaya düşdü: ölən var FOTOLAR+VİDEO

Azərbaycanlılar Moskvada qəzaya düşdü: ölən var FOTOLAR+VİDEO
  30 Oktyabr 2013    Oxunub:1235
Moskvanın Kutuzov prospektində Volkswagen markalı avtomobilin və iki motosikletçinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 19-yaşlı beyker yerindəcə həlak olub, digər motosiklin sürücüsü və sərnişin müxtəlif xəsarətlər alıb. Rusiya mətbuatının məlumatına görə, Volkswagen markalı avtomobilin sürücüsü milliyətcə azərbaycanlı olan 22- yaşlı Ağəli İslahan oğlu Ələkbərov olub.

Ağəli Ələkbərov poilsə verdiyi izahatda qeyd edib ki, o Poklonni dağından mərkəzə doğrü hərəkət edərkən digər avtomibil anidən heç bir xəbərdarlıq siqnalı vermədən onun yoluna keçib və toqquşmadan yayınmaq üçün qarşı hərəkət zolağına çıxmağa məcbur olan Ələkbərov orada yüksək sürətlə hərəkət edən motosikletşçi ilə toqquşub. Artıq hadisə ilə bağlı RF Cinayət Məcəlləsinin-nin 264-cü maddəsi üzrıə cinayət işi başlanılıb(“Yol hərəkəti və nəqliyyat vasitələrinin istifadəsi qaydalarının pozulması”).

Qeyd edək ki, hadisə baş verəndən bir qədər sonra 200-ə yaxın motosikletçi Ələkbərovla münasibətləri aydınlaşdırmaq üçün gəlib. Yalnız Polis əməkdaşlarının səyi nəticəsində onlarla Ələkbərovun dostları arasında böyük davanın qarşısı alınıb.

Qalereya




Teqlər:  





Xəbər lenti