Gürcüstandan Rusiyaya gedən magistral yol bağlanır

 Gürcüstandan Rusiyaya gedən magistral yol bağlanır
  30 Oktyabr 2018    Oxunub:1347
Oktyabrın 30-da səhər saat 7:00-dan Gürcüstandan Rusiya sərhədinə gedən magistral yol bağlanacaq.
Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb. Bildirilib ki, magistralın bağlanması Kazbek dağı ilə Qudauri kurortlarını birləşdirən kanat yolunun tikintisi ilə əlaqədardır. Bu gün inşaatçılar kanat yolunda montaj işləri görəcək və polad tros və kəmərləri bərkidəcəklər.

Beləliklə də, hərbi yol kimi tanınan Mtsxeta-Stepantsminda-Lars magistralı bu gün saat 12:00-dək bütün növ avtomobillər üçün bağlanacaq.(AzərTAc)

Azvision.az


Teqlər: Gürcüstan   Rusiya   Yol  





Xəbər lenti