"Bakmil"ə gedənlərin nəzərinə
Qeyd olunub ki, təmir işlərinin xarakteri nəzərə alınaraq, yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb. Bu səbəbdən sərnişinlərimizin təhlükəsizliyin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq, stansiyanın fəaliyyəti qarşıdakı günlərdə adi qaydada təmin ediləcək. Sərnişinlər "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq, istifadə edə bilərlər.
Məhdudiyyət bərpa olunarkən, ictimaiyyətə əvvəlcədən geniş məlumat veriləcək.
Azvision.az