Şabranda maşın dərəyə aşdı: 1 ölü, 2 yaralı
Onun sərnişini, 1964-cü il təvəllüdlü Bayramova Yeganə Eldar qızı və qəza zamanı ayaqyolunda olan 1963-cü il təvəllüdlü İlqar İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, Y.Bayramovanın vəziyyəti orta ağırdır.
İ.İbrahimov isə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Hadisənin yüksək sürətlə idarəetmə səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Teqlər: