Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq
  27 Oktyabr 2013    Oxunub:2360
Sabah Bakıda hava yağmursuz olacaq.
AzVision.az xəbər verir ki, Bakı və Abşeron yarımadasında oktyabrın 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 8-12, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti