Şəkidə avtomobil dərəyə yuvarlandı

Şəkidə avtomobil dərəyə yuvarlandı
  26 Oktyabr 2013    Oxunub:1073
Şəkidə avtomobil dərəyə yuvarlanıb, bir ailənin dörd üzvü yaralanıb.
Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, hadisə zamanı 1939-cu il təvəllüdlü Abuzər Allahverdiyev Yaqub oğlunun idarə etdiyi "10 FP 307" dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil Şin körpüsü yaxınlığında dərəyə yuvarlanıb.

Avtomobildə olan bir ailənin 4 üzvü - sürücü, Şəki şəhəri, M.Rəsulzadə küçəsi, ev 4-də yaşayan A.Allahverdiyev, onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Zürqələm Məmmədova Pirəli qızı, onların qızı, 1969-cu il təvəllüdlü Əminə Məmmədova və nəvəsi, 1999-cu il təvəllüdlü Mirvari Məmmədova Namiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdiriliblər. Xəsarət alanlardan Ə.Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə olunması və sürücünün idarəetməni itirməsi olub.


Teqlər:





Xəbər lenti